COVID-19 Uhandakı laboratoriyadan yayılıb?- Çin XİN iddialara cavab verdi

Çin Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ın yeni növ koronavirusun (COVID-19) Uhan şəhərində laboratoriyadan yayılması ilə bağlı iddialarına münasibət bildirib.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, Çin XİN-in (XİN) mətbuat katibi Çjao Litszyan bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmiləri artıq bir neçə dəfə COVID-19 virusunun laboratoriyada yaradılmasına dair heç bir dəlilin olmadığını söyləyiblər.

O qeyd edib ki, beynəlxalq ictimaiyyət COVID-19-la səmərəli şəkildə mübarizə aparacağı müddətdə qələbə qazana biləcək.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp aprelin 15-də keçirdiyi brifinqdə deyib ki, onun administrasiyası koronavirusun Uhandakı laboratoriyadan yayılması məsələsini müəyyənləşdirmək üçün çalışır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qaxda 17 ədəd subartezian quyusunun qazılması məqsədilə 1,19 milyon manat ayrılıb

Sonrakı məqalə

Elman Rüstəmov Mərkəzi Bankın sədri təyin olunub