“COVİD-19″ virusu 2013-cü ildən mövcuddur, Çin gizlədib” –İsveçrəli mütəxəssis

“SARS-CoV-2 virusunun 2013-cü ildən mövcud ola biləcəyi ehtimal olunur”.

RİA Novosti xəbər verir ki, bu iddianı Cenevrə Tibb Universitetinin yoluxucu xəstəliklərin qarşısının alınması və nəzarəti şöbəsinin müdiri Didye Pitte səsləndirib.

Mütəxəssis bildirib ki, 2013-cü ildə Çinin Uhan şəhəeindən təxminən 1100 kilometr aralıda speleoloqlar tərəfindən araşdırılan mağaralarda “COVID -96” virusuna çox oxşar yoluxucu virusun aşkar edilib: “Lakin mağarada çalışan insanların bu virusa yoluxa biləcəyi aydın deyil. Qaranlıq qalan şey sözügedən virusun Uhan laboratoriyalarından biri tərəfindən aşkarlanmasıdır. Bu, koronavirusun laboratoriyada yaradıldığı anlamına gəlmir”.

Bütün bunlara baxmayaraq D.Pitte hesab edir ki, Çin oxşar bir virusun hələ 2013-cü ildə aşkar edildiyini gizlətməyə çalışıb: “Nəşrlər, dissertasiyalar bu laboratoriyalarda çalışan insanlar tərəfindən hazırlanıb. Ancaq həmin dissertasiyalar yoxa çıxdı. Bu məqam bir az narahatlıq doğurur”.

Alimin sözlərinə görə, hələ 2019-cu ildə Çində keçirilən hərbi Olimpiya Oyunlarına qatılan idmançılar arasında koronavirusa bənzər bir xəstəliyin yayılması əlamətləri var idi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Türkiyənin Muğla vilayətində 4,5 bal gücündə zəlzələ olub

Sonrakı məqalə

“Delta”ya yoluxduqda COVID-19-un gedişi daha da ağırlaşır” –