“Delta”ya yoluxduqda COVID-19-un gedişi daha da ağırlaşır” –Rusiyalı alim

“Koronavirusun “delta” variantının səbəb olduğu xəstəliyin inkubasiya müddəti daha qısadır. “Delta”ya yoluxduqda COVID-19-un gedişi daha da ağırlaşır”.

Bunu Rusiya Mərkəzi Epidemioloji Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini, Elmlər Akademiyasının müxbir üzvü Aleksandr Qorelov deyib.

Mütəxəssis təəssüf hissilə bildirib ki, xəstəliyin gedişatının daha ağır olduğu görünür: “Belə xəstələrin müalicəsi, əlbəttə ki, həm daha mürəkkəb, həm də uzun çəkir. Beləliklə, ümumi statistika və xəstəliyin daha uzun sürdüyü məntiqi nəticəyə gəlinir”.

Qorelov virusun yoluxma qabiliyyətinin artması səbəbindən xəstəliyin inkubasiya müddətinin qısaldığını da izah edib: “Xəstəliyin yoluxma səviyyəsi 2-2,5 dəfə artıb. Əvvəllər 1-2 idi, indi isə 5-6-ya çatır. Yəni 1 nəfər qısa müddətdə 5-6 nəfəri yoluxdura bilir. Buna görə də təkrar-təkrar deyirəm, yalnız əhalinin kütləvi peyvənd edilməsi nəinki infeksiya zəncirini kəsməyimizə kömək edəcək, həm də yeni, daha təhlükəli infeksiya variantlarının ortaya çıxmasının qarşısını alacaq”.

Xatırladaq ki, koronavirusun “delta” versiyası ilk dəfə ötən ilin oktyabr ayında Hindistanda aşkar edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

“COVİD-19″ virusu 2013-cü ildən mövcuddur, Çin gizlədib” –

Sonrakı məqalə

Ermənistan Naxçıvandakı mövqelərimizi atəşə tutub –