“Cənubi Qafqazda stabil sülh bərqərar oluna bilər”- Ermənistan XİN rəhbəri

1991-ci il Alma-Ata Bəyannaməsinin prinsiplərini Azərbaycanla müzakirə olunan sülh müqaviləsində təsbit etməklə uzun müddətdir davam edən münaqişəyə son qoyula və Cənubi Qafqazda stabil sülh bərqərar oluna bilər.

Azpost.info xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.

Mirzoyan bildirib ki, ATƏT-in fəaliyyətdə olan sədri Yan Borqla görüşdə Cənubi Qafqazda təhlükəsizlik məsələləri müzakirə olunub.

“Mən həmkarıma Cənubi Qafqazdakı mövcud vəziyyəti, Ermənistan və Azərbaycan arasında danışıqların son mərhələsində baş verən hadisələri, o cümlədən Almatıda aparılan danışıqların təfərrüatlarını təqdim etdim. Bu kontekstdə mən aprelin 19-da iki ölkənin delimitasiya və sərhəd təhlükəsizliyi komissiyaları tərəfindən təsdiq edilmiş razılaşmanı vurğuladım ki, delimitasiya prosesinin siyasi əsası 1991-ci il Alma-Ata Bəyannaməsi olmalıdır. Bu razılaşma, təbii ki, Ermənistanın baş naziri və Azərbaycan prezidentinin müxtəlif platformalarda səsləndirdiyi mövqenin təsdiqi oldu. Ermənistanın baş naziri və Azərbaycan prezidenti bu barədə ilk dəfə 2022-ci ildə Praqada razılığa gəliblər və o vaxtdan bu prinsipi müxtəlif platformalarda bir daha təsdiqləmək imkanı əldə ediblər”, – Mirzoyan qeyd edib.

Azpost.info

Əvvəlki məqalə

Qəzzada səhiyyə müəssisələri fəaliyyətini dayandırır

Sonrakı məqalə

Rusiyada məşhur sovet müsiqiçisi Makareviçin terrorçu elan edilməsi təklif olunub