“Cümhuriyyətin varisləri bizik, onlar erməni lobbisi ilə birləşib Azərbaycana qara yaxanlardır”- Siyavuş Novruzov

“Bir-iki nəfər insanlarda elə fikir formalaşdırmağa çalışırlar ki, guya cümhuriyyətin varisi onlardır”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının ilk iclasında deputat Siyavuş Novruzov deyib.

O bildirib ki, bugünkü Azərbaycan bu cür inkişaf etmiş, dünyada tanınan, dünyada sözünü deyən olmasaydı, hansı varislikdən söhbət gedə bilərdi?

“Cümhuriyyətin varisləri bizik. Onlar isə vətən xainləri, erməni lobbisi ilə birləşib Azərbaycana qara yaxanlardır. Biz fikirlərimizi də, rəylərimizi də düzgün istiqamətdə formalaşdırmalıyıq. Bu gün İlham Əliyev həm də Demokratik Cümhuriyyətin prezidentidir”, – deyə C. Novruzov bildirib.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir