Dərsdən qalan şagirdlərdən sağlamlıq haqqında arayış tələb olunurmu?

- RƏSMİ
02 Mart 2020 - 13:21

Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Cəsarət Valehov bu günlərdə dərsdən qalan şagirdlərdən həkimdən sağlamlıq haqqında arayış tələb olunması ilə bağlı sosial şəbəkədə yayılan məsələyə münasibət bildirib.

APA xəbər verir ki, o,  koronavirusa görə məktəblərdə şagirdlərdən sağlamlıqla bağlı arayış tələb olunması ilə əlaqədar hər hansı qərar qəbul edilmədiyini deyib.

Sektor müdiri həmçinin sosial şəbəkədə  Göyçay rayonunda 7 saylı tam orta məktəbdə dezinfeksiya işləri ilə bağlı yayılan fotoya da münasibət bildirib: “Sosial şəbəkələrdə Göyçayda məktəbdə qadın əməkdaşın plastik qabda sinif otaqlarının qapısının dezinfeksiya etməsi fotosunu görmüşük. Məsələ ilə bağlı müvafiq şöbə tərəfindən araşdırma aparılır. Ola bilər ki, şəxsin öz təşəbbüsü olub. Məlumdur ki, dezinfeksiya işləri Bakıda və bölgələrdə sanitar epidemioloji stansiyalar tərəfindən aparılır. Bu da dövlət tərəfindən həyata keçirilir”.