Dəməşqdə komendant saatı ləğv edildi

Suriyada hakimiyyətə gələn silahlı müxalifət Dəməşqdə komendant saatının ləğv edildiyini elan edib.

Azpost.info xəbər verir ki, bu barədə məlumat Hərbi Əməliyyatlar İdarəsinin Teleqram kanalında dərc olunub.

“Hörmətli Dəməşq şəhərinin və eyniadlı vilayətin sakinləri, nəzərinizə çatdırırıq ki, hərbi əməliyyatlar idarəsi şəhərdə komendant saatını ləğv edib. Vətəndaşlarımızı iş yerlərinə qayıtmağa və yeni Suriyanın qurulmasında bizə qoşulmağa çağırırıq”, – məlumatda deyilir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.