“Dəniz kənarında pivə içmək istəyirəm…” –ZELENSKİ

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə müharibədədən sonrakı vəziyyət haqqında danışıb.

Bu barədə Zelenski “Netflix”də David Letterman ilə “Növbəti qonağımın təqdimata ehtiyacı yoxdur” adlı xüsusi proqrama müsahibə verib.

O bildirib ki, qələbədən sonra gələcəyini hələ düşünmədiyini, lakin o vaxta qədər vəzifəsində qalacağını bildirib.

“Qələbəmizə qədər mən mütləq prezident olacağam. Sonrasını heç düşünmürəm. Hələ düşünmürəm, hazır deyiləm. Açığını deyim, David, mən dənizə getmək istəyirəm. Müharibədə qələbə qazanandan sonra dəniz kənarında pivə içmək istəyirəm”,- deyə Zelenski bildirib. (APA)

Əvvəlki məqalə

Bu il əhali marketlərdə ərzağa 25 milyard manat xərcləyib –

Sonrakı məqalə

Türkiyədə 150 milyon barel ehtiyatı olan neft yatağı kəşf edilib