Bu il əhali marketlərdə ərzağa 25 milyard manat xərcləyib –RƏSMİ

Cari ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 45 milyard 111 milyon manatlıq, o cümlədən 25 milyard 354,3 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları satılıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, 2021-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,2 faiz artıb.

Həmçinin bu ilin yanvar-noyabr aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 51,7 faizi ərzaq məhsullarının, 4,5 faizi içkilər və tütün məmulatlarının alınmasına sərf olunub.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhali orta hesabla ayda 229 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları alıb.

Əvvəlki məqalə

Fransanın Rusiyadakı səfirliyinə ölü siçan göndərilib

Sonrakı məqalə

“Dəniz kənarında pivə içmək istəyirəm…” –