“Dağıntıların miqyası ağlasığmazdır” –HİKMƏT HACIYEV

“30 ildir Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarında dağıntıların miqyası ağlasığmazdır”.

Bunu Azərbaycan Respublikasının Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.

“Hətta kərpic və daş da talan edilib. Tezliklə, Ermənistanın törətdiyi bu cür dağıntılar geri qayıdan məcburi köçkünlərə daha yaxşı gələcək qurmaq üçün tikinti və inşaatla əvəz olunacaqdır”, – deyə Prezidentin köməkçisi vurğulayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir