Dağıstanda 70 mindən çox sakin işıqsız qalıb

Dağıstan Xasavyurt şəhərində transformatorda baş verən qısaqapanma nəticəsində 70 mindən çox sakin işıqsız qalıb.

APA xəbər verir ki, bu barədə “RIA Novosti” şəhər meriyasının mətbuat xidmətinə istinadən məlumat verir.

Məlumata görə, qısaqanma nəticəsində transformator sıradan çıxıb, Xasavyurt və Novolakski rayonlarında bir neçə yaşayış məntəqəsi elektrik enerjisindən məhrum qalıb.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.