Rusiya XİN-nin sözçüsü Qarabağa gedən deputatdan danışdı:"Onların çıxışları şəxsi xarakter daşıyır”

5943344 11.07.2019 Официальный представитель Министерства иностранных дел России Мария Захарова во время брифинга в Москве. Владимир Песня / РИА Новости

“Dağlıq Qarabağ səfər edən və orada bəyanatlar səsləndirən rusiyalı siyasətçilərin, qanunverici hakimiyyətin və vətəndaş cəmiyyətinin nümayəndələrinin çıxışları onların şəxsi nöqteyi-nəzərləridir. Bu, ekspert nöqteyi-nəzəridir”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O qeyd edib ki, rəsmi mövqe ancaq müvafiq icraedici hakimiyyət institutu tərəfindən verilir: “Bizdə Prezident Administrasiyası və Xarici İşlər Nazirliyi tərəfindən rəsmi mövqe açıqlanır. Ümumilikdə dövlətin mövqeyini bu orqanlar əks etdirir”(apa).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Mitinqlə bağlı iki qurumdan rəsmi xəbərdarlıq:

Sonrakı məqalə

“Ödənişli təhsil alan tələbələrə dəstək mexanizmləri müzakirə edilir”