“Dağlıq Qarabağda atəşkəsi nəzarətdə saxlayırıq” –HÜLUSİ AKAR

Qarabağda müharibədən sonra atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi Ağdamda yerləşəcək. Mərkəzin tikintisi ilə bağlı inşaat işləri aparılır.

 “Hürriyət” qəzetinin verdiyi xəbərə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar jurnalistlərə açıqlamasında deyib.

Generalın rəhbərliyi altında digər personalın hazır vəziyyətdə olduğunu bildirən türkiyəli nazir vurğulayıb ki, Türkiyədən Azərbaycana istehkamçılar göndərilib: “Onlar orada həm təlim keçirlər, həm də mina axtarma əməliyyatları aparacaqlar”.

H. Akar qeyd edib ki, Dağlıq Qarabağda atəşkəsə büyük ölçüdə riayət edilir: Ruslar bu məsələdə diqqətlidirlər. Prosesləri nəzarətdə saxlayırıq”. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ət, toyuq və balıq məhsullarını necə saxlamaq lazımdır?

Sonrakı məqalə

“Ruslar iddia edir ki, türk hərbçiləri ermənilərin olduğu yerdə olsa, problem yaranar”-