“Dağlıq Qarabağda rəhbər yoxdur” –Kreml separatçıları qeyri-qanuni elan etdi

“Dağlıq Qarabağda rəhbər yoxdur. İki münaqişə tərəfi və Rusiya, Ermənistan, Azərbaycan liderlərinin imzaladığı razılaşma var. Rusiya öz fəaliyyətini bu iki tərəflə- Ermənistan və Azərbaycanla koordinasiya edir”.

Azpost.info RİA-ya istinadən bildirir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskov “rus sülhməramlıları öz fəaliyyətini Qarabağda kiminlə koordinasiya edir və orada başçı kimdir?” sualının cavabında bəyan edib.

“Dağlıq Qarabağın başçısı yoxdur. Münaqişənin iki tərəfi var- Ermənistan və Azərbaycan. Bu tərəflər Rusiya ilə birgə Putin, Əliyev və Paşinyanın imzası olan məşhur bəyanatı imzalayıblar. Rusiya hərbçiləri, o cümlədən təkcə hərbçilərdən təşkil olunmayan rus humanitar missiyası Üçtərəfli razılaşmanın icrasını təmin etmək üçün öz fəaliyyətini həm azərbaycanlılarla, həm də ermənilərlə koordinasiya edir”-deyə Peskov bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qlobal ərzaq qiymətləri son 6 ilin maksimumuna yüksəlib

Sonrakı məqalə

Naxçıvanda karantini pozub toy edənlər cəzalandırıldı –