Bu gün daha 10 ailə Zəngilanın Ağalı kəndinə yola salınıb.
Zəngilandan olan məcburi köçkünlər Masazırda məskunlaşdıqları şəhərcikdən yola düşüblər.
Qeyd edək ki, ilk Ağalı sakinləri iyulun 19-da kəndə köçürülüb. İlk mərhələdə 58 nəfərdən ibarət 10 ailə Ağalı kəndinə köçürülüb. Ümumilikdə isə yaxın günlərdə 41 ailədən 201 nəfərin Ağalıya köçürülməsi gözlənilir.