Daha 22 “kart qurbanı” qeydə alınıb –Kiber dələduzlar 40 min manat oğurlayıb

Kiber dələduzlar
Kiber dələduzlar

Bank kartlarından kiber üsullarla oğurluqlar ötən gün 22 fakt qeydə alınıb.

Azpost.info bildirir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.

Feysbukda “aşağı faizli kredit“-lə 7290, “kartınıza müdaxilə var, bankdandır, sığorta edilməsi” ilə 7186, satışa qoyulan boks ələcəyini almaq üçün “beh” göndərilməsi ilə 5180 manat olmaqla vətəndaşların bank kart məlumatları aldadılıb alınmaqla pulları oğurlanıb.

Digər faktlar üzrə məbləğlər – 1240, 1500, 155, 1500, 418, 850, 1200, 238, 21, 75, 1790, 712, 455, 2999, 2000, 900, 1640, 42, 200 manat təşkil edib.

Aldatma tələləri fərqli olsa da, oğurluqlar eyni kiber üsullarla tördilib.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.