Daha bir koronavirus xəstəsi ictimai yerdə müəyyən olunub

Polis əməkdaşları özünütəcrid qaydalarına riayət etməyən COVID-19 xəstələri ilə profilaktik işin təşkilini davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, buna baxmayaraq evdə müalicəsinə göstəriş verilən bu virusun aktiv daşıyıcılarının cəmiyyətin içinə çıxması hallarına rast gəlinməkdədir. Aktiv koronavirus xəstəsi olan Şüvəlan qəsəbəsində yaşayan 64 yaşlı Ələkbər Hüseynov Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən ictimai yerdə müəyyənləşdirilərək saxlanılıb. Polis əməkdaşları onunla maarifləndirici söhbət aparıb, tibbi prosedurlar gözlənilməklə həmin şəxs yaşadığı evə qaytarılıb.

Ələkbər Hüseynov barəsində toplanan materiallar Xəzər Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

İstintaq araşdırmaları davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tramp Baydenin andiçmə mərasimində iştirak etməyəcək

Sonrakı məqalə

İranın sabiq vitse-prezidentinə həbs cəzası verilib