Daha bir ölkə BMT İnsan Haqları Şurasından çıxdı- SƏBƏB

BMT İnsan Haqları
BMT İnsan Haqları

Daha bir ölkə BMT İnsan Haqları Şurasından çıxdı Nikaraqua suverenliyinə hörmət etmədiyi üçün BMT-nin İnsan Hüquqları üzrə Komissarlığından çıxıb. AzPost REUTERS-ə istinadla xəbər verir ki, bu barədə Nikaraqua Xarici İşlər Nazirliyi açıqlama yayıb. Nazirlik ölkənin BMT İnsan Haqları Şurasından çıxmaq qərarını bu strukturun göstərdiyi suverenliyə hörmət edilməməsi ilə izah edib. Məsələilə bağlı Nikaraqua xarici işlər naziri Valdrack Jentzken BMT-nin İnsan Haqları Şurasının sədri Yurq Laubere məktub göndərib. Sənəd 19digital portalında dərc olunub.

“Nikaraqua üçün bu hörmətsiz mexanizmlər öz təbiətini və mahiyyətini itirib. Biz onları tanımırıq və özümüzü suverenliyin, dövlətlərin bərabərliyinin və xalqların ləyaqətinin pozulmasının bir hissəsi və ya ortaq hesab etmirik. Bu səbəbdən Nikaraqua İnsan Hüquqları Şurasından çıxmaqla bağlı öz suveren və yekun qərarını bildirir”, – Nikaraqua Xarici İşlər Nazirliyinin rəhbəri yazıb.

Eyni zamanda, Nikaraqua həm-prezidenti Rosario Murillo dövlətə məxsus Canal 4 telekanalının efirində bildirib ki, qurum insan hüquqları məsələlərinə baxarkən obyektivlik, qərəzsizlik və qeyri-seçimlik prinsiplərini pozub.

Xatırladaq ki, daha əvvəl ABŞ-ın bir qrup respublikaçı senatoru Birləşmiş Ştatların BMT-dən tamamilə çıxarılmasını nəzərdə tutan qanun layihəsi təqdim ediblər.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.