“Daha çox silah istəyirik”- Zelenski Qərb liderlərinə müraciət etdi

“Qərb liderlərindən daha çox silah istəyirik”.

Azpost.info xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.

“Sizdən ölkəmizə hava hücumundan müdafiə sistemlərinin tədarük imkanını artırmağınızı və tərəfdaşlarımızın müvafiq qərarların qəbulunu sürətləndirməyə kömək etməyinizi xahiş edirəm”, – Zelenski Britaniya Baş naziri Rişi Sunaka müraciətində bildirib.

Bundan başqa, o, Niderlandın müdafiə naziri Kaysa Ollonqrendən Kiyevə tanklar göndərməyi xahiş edib.

Ukrayna lideri həmçinin İsveç, Litva rəhbərliyinə də müraciət edib.

Azpost.info

Əvvəlki məqalə

Putin əcnəbilərə surroqat ana xidmətini qadağan etdi

Sonrakı məqalə

Media və QHT əməkdaşlığı necə qurulmalıdır?