Məşhur sovet estrada müğənisi, Latviyanın xalq artisti Layma Vaykule “Current Time” proqramına müsahibəsində bir daha Rusiyaya gəlməyəcəyini bildirib.
Azpost.info bildirir ki, Vaykulenin sözlərinə görə, o, əvvəllər siyasətlə maraqlanmayıb və peşmandır. O, Rusiyanı mədəniyyətin qovuşduğu yer hesab etmədiyini də bildirib.
Sənətçi Rusiyaya qayıtması üçün şərtini açıqlayıb: “90-cı illərdə baş verənlər yenə də olmalıdır: ümid, yenidənqurmaya, daha yaxşı həyata, həqiqətə inam. Ancaq bu dəfə görmək üçün çətin ki yaşayacağam, ona görə də özüm üçün qərar verdim ki, heç vaxt gəlməyəcəyəm” -deyə Vaykule bildirib.
İyulun 26-dan 30-dək Yurmalada “Layma Rendezvous Jurmala” festivalı keçirilib.
Azpost.info