“Daha tez üçüncü fazadan keçən vaksinin ölkəyə gətirilməsinə çalışacağıq” –

Səhiyyə Nazirliyi
15 Dekabr 2020 - 16:36

“Hansı vaksinin daha tez üçüncü fazadan keçməsi ilə bağlı açıqlama veriləcəksə, onun ölkəyə gətirilməsinə çalışacağıq”.

Bunu Operativ Qərargahın bu gün keçirilən brifinqində səhiyyə nazirinin müavini Viktor Qasımov deyib. Qasımovun sözlərinə görə, ondan sonra risk qrupları müəyyənləşdirilərək əhali vaksinasiyaya cəlb ediləcək.