Rusiya ilə hər hansı danışıqlara başlamaq üçün Ukrayna nümayəndələri müvafiq səlahiyyətləri almalıdırlar. Mən bu səlahiyyətləri heç kimə verməmişəm.
Azpost.info xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski “Financial Times”a müsahibəsində deyib.
Zelenski müharibəni bitirməyin yeganə yolunun Ukraynanı NATO-ya dəvət etmək olduğunu bildirib.
“Müharibəyə son qoymaq üçün diplomatik yolumuzu gücləndirən dəvət olmadan çox güclü ola bilmərik”, – Ukrayna prezidenti qeyd edib.
Azpost.info