“Danışıqlarda sülh müqaviləsinə fokuslanacağıq” –CEYHUN BAYRAMOV

Azərbaycan tərəfi olaraq ən azından xarici işlər nazirlərinin cavabdeh olduğu postmünaqişə nizamlanması sahəsinə, o cümlədən az əvvəl görüşdə müzakirə etdiyimiz sülh müqaviləsi məsələsinə xüsusən fokuslanacağıq.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Astanada Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin üçtərəfli görüşü zamanı deyib.

Azərbaycan XİN başçısı Ceyhun Bayramov üçtərəfli formatın mayda baş tutan sonuncu görüşündən sonra bir sıra çoxtərəfli və ikitərəfli əsasda kontaktların olduğunu bildirib.

“Düşünürəm ki, bu baxımdan ötən dövr ərzində gedən inkişafı gözdən keçirmək, məsələləri müzakirə etmək faydalı olardı”, – o deyib.

Ceyhun Bayramov əlavə edib ki, sülh nizamlanmasının digər məsələləri: dövlət sərhədinin delimitasiyası, kommunikasiyaların açılması, həmçinin, humanitar xarakterli məsələlər də müzakirə ediləcək.

Əvvəlki məqalə

Azərbaycandakı hərbi attaşelər Gəncədə raket düşən ərazidə olublar

Sonrakı məqalə

“Bu gün bu barədə danışmaq üçün rahat məqamdır” –