“Danışıqlarda Ukrayna və Avropa iştirak etməlidir” –XİN başçıları bəyanat verdi

hərbi yardım
Avropa İttifaqı

Parisdə Ukrayna ilə bağlı Avropa xarici işlər nazirlərinin sammiti keçirilib.

AzPost bildirir ki, toplantıdan sonra Fransa, Almaniya, Polşa, İtaliya, İspaniya, Böyük Britaniya, Ukrayna, Avropa diplomatiyasının rəhbərləri və Avropa Komissiyasının sədri birgə bəyanat yayıb.

“Biz Ukraynaya dəstəyimizi gücləndirməyə hazırıq. Biz Rusiyanın təcavüzkar müharibəsi qarşısında onun müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə sadiqik.

Biz Ukraynanın maraqlarını və maraqlarımızı təmin edən ədalətli, hərtərəfli və davamlı sülh əldə olunana qədər Ukraynanı dəstəkləməyə davam etmək məqsədini bölüşürük.

Amerikalı müttəfiqlərimizlə növbəti addımları müzakirə etmək istəyirik. Bizim ümumi məqsədlərimiz Ukraynanı güclü mövqeyə sahib olmasıdır. İstənilən danışıqlarda Ukrayna və Avropa iştirak etməlidir. Ukrayna etibarlı təhlükəsizlik təminatlarına malik olmalıdır. Ukraynada ədalətli və davamlı sülh davamlı transatlantik təhlükəsizliyin ilkin şərtidir.

Biz xatırlayırıq ki, Avropa qitəsinin təhlükəsizliyi bizim ümumi məsuliyyətimizdir. Buna görə də biz birgə müdafiə imkanlarımızı gücləndirmək üçün birlikdə çalışırıq”-deyə bəyanatda vurğulanır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.