Davamlı İnkişaf Məqsədlərinin təbliği ilə bağlı veriliş yayımlanacaq

“Tolerantlıq” Sosial Araşdırmalar İctimai Birliyi tərəfindən “Davamlı İnkişaf Məqsədləri” mövzusunda 7 maarifləndirici verliş çəkilib yayımlanacaq.

“Tolerantlıq” Sosial Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə ” Regionlarda Davamlı İnkişaf Məqsədlərinin onlayn Təşviqi ” layihəsinin icrasına başlayıb.

Layihənin əsas məqsədi BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri haqqında təbliğat-təşviqat işlərinin aparılması, cəmiyyətin müxtəlif təbəqələrinin inkişaf məqsədləri ilə bağlı fəaliyyətlərə cəlb olunması, dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında rolunun artırılmasıdır. Layihənin icra müddəti 3 aydır. Bu müddət ərzində “Geniş auditoriyası olan onlyan TV kanalların birində “BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri və Azərbaycanın inkişaf gündəliyi” mövzunda 7 TV verilişlər çəkiləcək və yayımlanacaq.

Layihə DİM-lərlə bağlı ictimai rəy liderləri, vətəndaş cəmiyyəti təmsilçiləri, yerli icmalar, özəl sektor təmsilçiləri, dövlət qurumları təmsilçilərinin məlumatlılığının artırılmasına çıxaracaq.

Əvvəlki məqalə

Müharibə başlayandan Ukraynanı 9 milyon insan tərk edib

Sonrakı məqalə

TƏBİB-ə yeni səlahiyyət verilib