Dekabr ayında ölkəyə rekord sayda avtomobil gətirilib

15 Yanvar 2020 - 09:00

2019-cu ilin dekabr ayında Azərbaycana 11 649 ədəd nəqliyyat vasitəsi idxal edilib. Bu, ötən ilin rekord göstəricisidir.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, 2019-cu ildə 47,7 min avtonəqliyyat vasitəsi idxal olunub ki, bu da əvvəlki illə müqayisədə 1,65 dəfə çoxdur. Minik avtomobilləri ümumi nəqliyyat vasitələrinin 90,4%-ni (43156 ədəd) təşkil edir.