Demi Mur ağır xəstə olan Brüs Uillislə yeni fotosunu paylaşıb –-FOTO

Aktrisa Demi Mur keçmiş əri, demensiya diaqnozu qoyulan aktyor Brüs Uillislə yeni fotosunu paylaşıb.

Azpost.info bildirir ki, Mur  ağır xəstə olan keçmiş əri ilə fotosunu sosial şəbəkədə yayımlayıb.

Fotoda Mur və Uillis qızları Tallula ilə görünür. Aktyor mavi köynək, boz rəngli fermuarlı sviter və şalvar geyinib. Onun görünüşü papaq və şərflə tamamlanır.

Demi Mur  şəklin altına “Tallulamızın 30 illik yubileyində onu sevgimizə qərq etdik” yazıb.

Brüs Uillisə frontotemporal demensiya diaqnozu 2023-cü ilin fevralında qoyulub. Aktyorun ailəsi bildirib ki, bu xəstəliyin müalicəsi yoxdur. Uillisin səhhətindəki problemlərə görə kino karyerasına son qoyub.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.