“Demokratlar ölkəni kommunizmə aparacaq” –

Trampdan qəribə açıqlama
06 Dekabr 2020 - 11:00

ABŞ Prezidenti Donald Tramp Demokratların Senatı qazanacağı təqdirdə ölkəni kommunizmə aparacağını iddia edib.

RİA Novosti xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə Corcia ştatında tərəfdarları qarşısında çıxışı zamanı bildirib.

ABŞ lideri əlavə edib ki, Demokrat Partiyasının təmsilçiləri kommunist idarəetmə formasına getmək niyyətindədirlər.