Deputat Fazil Mustafadan vitse-spikerə cavab:"Oqtay Əsədovun yanında nüfuzunu artırmaq üçün fədakarlıq edir"

“Bu gün Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov parlamentin iclasında şəxsimə yönəlik atmacalarla ilə gündəmə gəlib. İclasda iştirak etmədiyimdən bu haqda məlumatları internet saytlarından oxudum”.

Strateq.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa parlamentdə barəsində deyilən sözlərə cavab verərkən deyib.

Fazil Mustafa Feysbuk səhifəsində yazıb ki, Ziyafət Əsgərovun barəsində irad səsləndirmədiyi halda, onun belə açıqlama ilə çıxış etməsi təəccüb yaradır: “Sonra anladım ki, hörmətli Ziyafət müəllim Milli Məclis Sədrinin yanında nüfuzunu artırmaq üçün belə bir fədakarlıq göstərib. Əgər belədirsə, o halda Ziyafət müəllimin bu taktikasına anlayışla yanaşmalıyıq. Məni narahat edən, sadəcə, bir elmlər doktorunun, konstitusiya professorumuzun bizim çıxışlarımızı telefonla çəkərək sosial şəbəkələrdə paylaşmağımızı selfe çəkdirmək kimi qiymətləndirməsidir.

Görünür, hörmətli professor konstitusiyanın insan hüquqları ilə bağlı maddələrini və Milli Məclis deputatlarının hüquqlarına aid müddəaları çoxdandır gözdən keçirməyib. Milli Məclisdə etdiyi çıxışları istədiyi formada yaymaq deputatın hüququdur və məhz bu hüququ tanımayanların sayəsində Milli Məclisin nüfuzu aşağı düşür”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident Lənkərana 2,3 milyon manat ayırdı

Sonrakı məqalə

Bakıda 2 marşrut xəttinin istiqaməti dəyişdirildi