Deputat Milli Məclisin adının dəyişdirilməsini təklif edib

Azərbaycanda 15 iqtisadi rayon yaradılması, parlamentin adının dəyişdirilməsi təklif edilib.

Belə təkliflə Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini deputat Qüdrət Həsənquliyev çıxış edib.

O bildirib ki, xalqımız dövlət idarəetməsində islahatların aparılmasının zəruriliyini qeyd edir: “Prezident də vaxtilə özünün səlahiyyətli nümayəndələrini təyin edərkən bildirmişdi ki, bu özünü doğrultsa, islahatlara gediləcək. 15 iqtisadi rayon yaradılsın, Naxçıvan Ali Məclisi Məclis adlandırılsın. Regionların da hər birinin Məclisi olmalıdır. Bu regionlara rəhbərlər də Məclisdə seçilsin. Azərbaycanda bürokratik aparat siyasi qüvvəyə çevrilib. Bunun gec olmadan qarşısı alınmalıdır. Bunun tək yolu yerlərdə rəhbərlərin seçkili olaraq seçilməsidir. Milli Məclisin adının dəyişdirilməsini təklif edirəm, Milli Məclis Ali Məclis adlandırılmalıdır”.

Əvvəlki məqalə

Hərbi xidmətə yararsız olma barədə qərar qaydası dəyişir

Sonrakı məqalə

Azərbaycanda qızılca ilə yanaşı, digər virus infeksiyalarına yoluxma hallarına rast gəlinir