Deputat olmaq istəyənlərin sayı 1396 nəfərə çatdı –

MSK son rəqəmləri açıqladı
15 Yanvar 2020 - 19:08

Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2431 nəfər müraciət edib.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib. MSK sədri deyib ki, müraciət edən şəxslərin 2358 nəfərinin namizədliyinin irəli sürülməsi artıq təsdiqlənib: “Onlardan 2247 nəfəri imza vərəqələrini götürüb, 1774 nəfəri imza vərəqələrini qaytarıb, 1396 nəfərin isə deputatlığa namizədliyi qeydə alınıb”.