Deputatlığa namizədlərin irəli sürülməsi prosesi başlayıb

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar birmandatlı seçki dairəsi üzrə deputatlığa namizədlərin irəli sürülməsi prosesi artıq başlayıb.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK katibi Arifə Muxtarova deyib.

O bildirib ki seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı rəsmi dərc olunduqdan sonra passiv seçki hüququ olan vətəndaşlar öz təşəbbüsləri ilə, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları birmandatlı seçki dairələri üzrə namizədlərin irəli sürülməsinə başlaya bilər: “DSK-lar isə sənədlərin seçki komissiyasına təqdim edilməsindən sonra 5 gün müddətində namizədliyin irəli sürülməsinin təsdiq olunub-olunmaması barədə əsaslandırılmış qərar qəbul edirlər”.

Əvvəlki məqalə

ATƏT DTİHB parlament seçkilərinin uzunmüddətli müşahidəsinə dəvət ediləcək

Sonrakı məqalə

Qalibaf “Pezeşkiyanı prezidentliyə buraxmayın” dedi, Cəlilini dəstəklədi