DGK məlumat yaydı- Azərbaycandan keçməklə Gürcüstana gedən şəxsdə koronavirus aşkarlanması ilə bağlı

Dövlət Gömrük Komitəsi İran İslam Respublikasından Azərbaycandan tranzit keçməklə Gürcüstana gedən Gürcüstan vətəndaşında koronavirus aşkarlanması ilə bağlı məlumat yayıb.

DGK-dan APA-ya daxil olan məlumatda bildirilb ki, həmin şəxs fevralın 25-də saat 06:50-də Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük-keçid məntəqəsi vasitəsilə ölkə ərazisinə gəlib və təlimata uyğun şəkildə inzibati binaya daxilolmadan və binanın içərisində portativ termometrlərlə, daha sonra isə stasionar termovizorla yoxlanılıb.

“Yoxlama zamanı onun hərarətinin norma daxilində olduğu müəyyənləşdirilib, səhhətində şübhə doğuran əlamətlər qeydə alınmayıb. Həmin vətəndaş fevralın 25-də saat 17:09-da Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postu vasitəsilə ölkəni tərk edib. Onu da qeyd edək ki, Gürcüstan kütləvi informasiya vasitələrində yayılan məlumatlardan da aydın görünür ki, xüsusi laboratoriyada aparılan müayinə və analizlərdən sonra həmin şəxsin virus daşıyıcısı olduğu müəyyən edilib. Hazırda həmin şəxslə təmasda olan əməkdaşlar müəyyənləşdirilərək müşahidə altına alınıb”, – deyə məlumatda qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Türkiyə və Azərbaycan vətəndaşlarının vizasız qalma müddəti uzadılacaq

Sonrakı məqalə

Türk Hava Yolları Naxçıvana uçuşları müvəqqəti dayandırdı