Türk Hava Yolları Naxçıvana uçuşları müvəqqəti dayandırdı

Türk Hava Yolları Azərbaycanın Naxçıvan Muxtar Respublikasına uçuşları dayandırıb.

“Report” Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə məlumatı şirkətin İdarə Heyətinin sədri İlkər Aycı deyib.

O vurğulayıb ki, koronavirusun yayılması təhlükəsinə görə, Cənubi Koreyanın paytaxtı Seula uçuşların sayı azaldılıb, Naxçıvana isə müvəqqəti dayandırılıb.

Heydər Əliyev Beynəlxalq Hava Limanından “Report”a verilən məlumatda isə bildirilib ki, Türk Hava Yollarının hazırda Naxçıvana uçuşları həyata keçirilmir: “Naxçıvan-İstanbul istiqamətində uçuşlar martın 14-dən etibarən olacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

DGK məlumat yaydı

Sonrakı məqalə

10 əcnəbi Azərbaycandan deportasiya ediləcək