DGK-nın hospitalı ilə deputata məxsus olduğu deyilən şirkət arasında milyonluq müqavilə

Azeri Med
Azeri Med

Dövlət Gömrük Komitəsi Tibb Xidmət İdarəsinin Mərkəzi Hospitalı “Azeri Med” şirkəti ilə satınalma müqaviləsi bağlayacaq.

Valyuta.az xəbər verir ki, şirkət Hospitalın tibbi sərf materiallarının satın alınması ilə bağlı elan etdiyi tenderin qalibi seçilib.

Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 1 383 957,76 manatdır.

“Azeri Med” şirkətinin deputat Kamaləddin Qafarova məxsus olması barədə iddialar var. Bu iddialar indiyədək təkzib olunmayıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.