DGK-nın strukturu dəyişib, Şərqi Zəngəzur Gömrük İdarəsi yaradılıb- FƏRMAN

Dövlət Gömrük Komitəsinin strukturu dəyişib.

Bu, Prezident İlham Əliyevin müvafiq fərmanında əksini tapıb.

Fərmana əsasən, ərazi gömrük idarələri aşağıdakı kimi olacaq:

– Bakı Baş Gömrük İdarəsi;

– Naxçıvan Baş Gömrük İdarəsi;

– Astara Gömrük İdarəsi;

– Balakən Gömrük İdarəsi;

– Biləsuvar Gömrük İdarəsi;

– Gəncə Gömrük İdarəsi;

– Xaçmaz Gömrük İdarəsi;

– Sumqayıt Gömrük İdarəsi;

– Şərqi Zəngəzur Gömrük İdarəsi;

– Tovuz Gömrük İdarəsi.

Qeyd edək ki, indiyə qədər Dövlət Gömrük Komitəsinin aşağıdakı ərazi gömrük idarələri olub:

– Bakı Baş Gömrük İdarəsi

– Naxçıvan Baş Gömrük İdarəsi

– Sumqayıt Baş Gömrük İdarəsi

– Şimal Ərazi Baş Gömrük İdarəsi

– Cənub Ərazi Baş Gömrük İdarəsi

– Qərb Ərazi Baş Gömrük İdarəsi.

Beləliklə, Sumqayıt Baş Gömrük İdarəsi, Şimal Ərazi Baş Gömrük İdarəsi, Cənub Ərazi Baş Gömrük İdarəsi və Qərb Ərazi Baş Gömrük İdarəsi ləğv edilib, Astara Gömrük İdarəsi, Balakən Gömrük İdarəsi, Biləsuvar Gömrük İdarəsi, Gəncə Gömrük İdarəsi, Xaçmaz Gömrük İdarəsi, Sumqayıt Gömrük İdarəsi, Şərqi Zəngəzur Gömrük İdarəsi və Tovuz Gömrük İdarəsi yaradılıb.

 

Eyni zamanda fərmana əsasən, yeni – Azad və Xüsusi İqtisadi Zonalar üzrə Gömrük İdarəsi yaradılıb.

Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

Əvvəlki məqalə

Mingəçevirdə şəhid anasının telefonunu və pul qabını oğurlayan şəxs tutulub

Sonrakı məqalə

Füzuli-Hadrut avtomobil yolunun açılışı olub