Məşhur kino aktyoru Leonardo Di Kaprio yeni sevgilisi olan 22 yaşlı modellə paparassilərin kamerasına tuş gəlib.
Azpost.info bildirir ki, “Daily Mail” bununla bağlı fotoları dərc edib.
48 yaşlı məşhur aktyor 22 yaşlı model Meqan Roşla İbizada yaxtanın göyərtəsində yaxalanıb. Model mavi rəngli çimərlik paltarı, köynək və kətan şalvar geyinib. Kaprio isə şortda olub.
Roş və Di Kaprio iddia edilən romanla bağlı yayılan söz-söhbətlərə hələ ki, reaksiya verməyib.
2022-ci ilin noyabrında Leonardo Di Kaprio model Gigi Hadid ilə münasibətdə şübhəli bilinirdi. Onlar Nyu Yorkda Hellouin bayramında birlikdə görünmüşdülər.
Azpost.info