Dietoloq kartofdan dadlı və faydalı yeməklərin hazırlanma üsullarını açıqlayıb

Kartof
Kartof

Kartof yeməkləri adətən dietik hesab olunmur, lakin onu düzgün bişirməklə maksimum fayda əldə etmək mümkündür. AzPost aif.ru saytına istinadla xəbər verir ki, həkim-endokrinoloq, dietoloq Anton Polyakov gənc kartofun kaloriliyi ən aşağı olan növ sayıldığını bildirib.

Mütəxəssisin sözlərinə görə, uzun müddət saxlanılmış kartofla müqayisədə gənc kartof daha az kalorilidir. Ən faydalı variant isə “al dente” – yəni tam yumşalmayan, formasını və bərkliyini qoruyan kartofdur. Bu cür bişirmə üsulu kartofun qlisemik indeksini aşağı saxlayır və qan şəkərinə təsirini azaldır.

Anton Polyakov qeyd edib ki, sobada bişirilmiş kartofdan da istifadə etmək olar. Kartofu balıq və ya tərəvəzlə birlikdə yemək isə daha sağlam seçim hesab olunur.

Kartof seçərkən mütəxəssislər köklərin diqqətlə yoxlanılmasını tövsiyə edirlər. Daha əvvəl Life.ru xəbərdarlıq edib ki, keyfiyyətli kartofun qabığı quru, təmiz və bərk olmalı, üzərində cücərtilər, zədələr və xüsusilə zəhərli solanin olan yaşıl sahələr olmamalıdır. Ən optimal seçim orta ölçülü kartofdur.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.