“Differensial ƏDV-nin tətbiqinə keçmək üçün uçot düzgün olmalıdır”- Nazir müavini

“Azərbaycanda differensial ƏDV-nin tətbiqinə keçmək üçün uçot düzgün olmalıdır”.

APA-Economics”in məlumatına görə, bu barədə Vergilər nazirinin müavini Sahib Ələkbərov məlumat verib.

“Biz differensial ƏDV-nin tətbiqinin əleyhinə deyilik. Sadəcə tətbiq edə bilmirik, çünki uçot düzgün deyil. Birinci növbədə uçot məsələsi həll olunmalıdır. Daha sonra isə bu istiqamətdə addım atılmalıdır. Çünki uçot problemi həll edilmədən differensial ƏDV-nin tətbiqi daha çox problem yarada bilər. Düşünürəm ki, yaxın vaxtlarda bu məsələ həllini tapacaq”, – deyə nazir müavini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bahar Muradova YAP-ın deputatlığa namizədləri haqda:

Sonrakı məqalə

AFFA daha 7 nəfəri danışılmış oyunlara görə cəzalandırıb