“Dublyaj sahəsində kifayət qədər nöqsanlar mövcuddur”.
Bunu Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, professor Sevinc Əliyeva bu gün keçirilən “Dublyajlar və Azərbaycan dili” adlı tədbirdə deyib.
ərkəzin aparıcı mütəxəssisi Günel Hacıyeva qeyd edib ki, bir ay müddətində aparılan monitorinq zamanı orfoepik, leksik və qrammatik norma pozuntularının müəyyən edildiyini, eyni zamanda, yanlış ifadələr və tərcümə zamanı üslub xətalarına geniş təsadüf olunub.
Onun sözlərinə görə, monitorinqlərə AzTV, İTV, İdman TV, özəl kanallardan Space TV, ATV, Xəzər TV, ARB, ARB 24, region kanallarından isə ARB Günəş-də yayımlanan dublyaj filmləri cəlb olunub.
Günel Hacıyeva qeyd edib ki, monitorinqin nəticələrinə əsasən, qeydə alınmış 350 dil faktından 302-si hesabata daxil edilib. Onlardan 72-si orfoepik, 7-si orfoqratik, 70-i leksik, 27-si qrammatik, 126-sı isə üslub və ifadə səhvidir.
Günel Hacıyeva həmçinin əlavə edib ki, Azərbaycan kinematoqrafiyasında cizgi, bədii və sənədli filmlərin yerli istehsalı yetərincə olmadığına görə, əcnəbi filmlərin yayımına böyük tələbat yaranıb: “Bu səbəbdən xarici filmlərin Azərbaycan dilinə tərcüməsi çox vacib məsələyə çevirilib”.