DİN bəzi namizədlərin polisə çağırılması barədə yayılan məlumatlara münasibət bildirib

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov son günlər bir sıra kütləvi informasiya vasitələrində parlament seçkilərinə qatılan bəzi namizədlərin polis orqanlarına çağırılması ilə bağlı məlumatlara münasibət bildirib.

APA-nın xəbərinə görə, E.Zahidov bildirib ki, həmin iddiaların heç bir əsası yoxdur və  bu, dezinformasiyadır. Polis seçkiqabağı təşviqat prosesinin gedişinə müdaxilə etmir və qanunla da polisin siyasi fəaliyyətə müdaxiləsi qadağandır. Lakin ijtimai qaydanı qorumaq, ijtimai təhlükəsizliyi təmin etmək polisin əsas vəzifəsidir.  

Daha bir vəzifəsi – kütləvi tədbirlər zamanı asayişin mühafizəsini həyata keçirməkdir.Ona görə də seçkiqabağı təşviqat prosesində ijtimai qaydanı pozan hərəkətlərin qarşısı polis tərəfindən alınır və bu jür hallar üzrə araşdırma aparılır. Yalnız qeyd etdiyim əməllərlə əlaqədar, eləjə də namizədin seçijilərlə görüşünə mane olma, təşviqat-nəşr materiallarını qəsdən məhv etmə kimi hüquqpozma törətmiş şəxs polisə dəvət edilir, onunla profilaktik söhbətlər aparılır və ya məsələ qanunverijiliyə uyğun olaraq rəsmiləşdirilir, o cümlədən protokol tərtib edilir yaxud araşdırmaların nətijələri üzrə digər qərarlar qəbul olunur.Əgər qanun pozuntuları ilə bağlı polisin səlahiyyətlərinə aid olan məlumat deputatlığa namizəd tərəfindən daxil olubsa, bu halda da araşdırma aparılaraq lazımi tədbirlər görülür və təşəbbüskar məlumatlandırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ərdoğan qar uçqununda ölən hərbçinin dəfn mərasiminə qatılıb

Sonrakı məqalə

Nuru Paşanın Azərbaycandakı hərbi qərargahı dağıdılır –