Nuru Paşanın Azərbaycandakı hərbi qərargahı dağıdılır –FOTO

1918-ci ildə Türkiyədən Azərbaycana gələn Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın Göyçayda N.Nərimanov küçəsindəki hərbi qərargahının olduğu ev sökülür.

İş adamlarından biri həmin binanı alaraq sökdürməyə başlayıb. Bu ev tarixi abidə kimi dövlət qeydiyyatında deyil. Sözügedən bina 2018-ci ilə qədər Mənzil İstismar sahəsinin balansında olub. Göyçay Rayon İcra Hakimiyyətindəki komissiyanın qərarı ilə bina qəzalı olduğu üçün idarənin balansından çıxarılıb. Bundan sonra bina yerli sahibkarlardan birinə satılıb. Yerində isə hündürmərtəbəli binanın tikiləcəyi iddia olunur.

Qeyd edək ki, divarları dövrünün inşaat materealları ilə  bişmiş və çiy kərpicədən hörülən binanın qapı, pəncərə, döşəmə və dirəkləriinn hazırlanmasında istifadə edilən taxtalar bu günə kimi möhkəmliyini saxlaya bilib. Qafqaz İslam Ordusunun qərargahı olmaqla yanaşı, bu evdə 1865-Cİ ildə General-mayor, şərqşünas alim, Azərbaycan Demokrartik Respublikasının Daxili işlər nazirinin müavini, Sadıq Bəy İsmayıl oğlu Ağabəyzadə dünyaya göz açıb. (Unikal.org)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

DİN bəzi namizədlərin polisə çağırılması barədə yayılan məlumatlara münasibət bildirib

Sonrakı məqalə

Polis tanınmaz hala düşən meyitin yaxınlarını axtarır –