Fevralın 9-da saat 10:30 radələrində İran İslam Respublikasının vətəndaşı Behruz Qolaminin idarə etdiyi “Renault” markalı yük avtomobilinin hərəkətdə olarkən təkərinin partlaması səbəbindən sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi Biləsuvar-Bəhrəmtəpə yolunun Səmədabad kəndi ərazisindən keçən hissəsində yolun kənarındakı su kollektoruna aşıb.
Bu barədə DİN-dən bildirilib.
Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.