DİN-dən “narkotik əməliyyatı- 31 kiloqram marixuana aşkarlanıb (FOTO)

DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən mütəşəkkil dəstənin üzvləri – Ceyhun Abbasquliyev və tanışı Rəxşan Məmmədov saxlanılıblar.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, onlardan 31 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana aşkarlanaraq götürülüb.

Saxlanılan şəxslər narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Cəlilabad rayonunda əvvəlcədən müəyyənləşdirilmiş gizli yerdən götürərək maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırılmasını planlaşdırıblar.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib. Mütəşəkkil dəstənin digər üzvlərinin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Əvvəlki məqalə

COP29 günlərində Bakıda 2-ci Yüksək Səviyyəli Nazirlər Dialoqu keçiriləcək

Sonrakı məqalə

Ata-anası uzun yaşayanların və gec evlənənlərin sərvəti çox olur