Məşhur sovet uşaq filmi olan “Buratinonun macəraları” filmində əsas rolu oynamış Aktyor Dmitri İosifov bu rola görə 1200 rubl aldığını deyib.
Azpost.info bildirir ki, aktyor bu barədə aif.ru saytına müsahibəsində bildirib.
D. İosifov qeyd edib ki, o zaman uşaqlar arasında ən yüksək maaşı o alıb, ona ayda 100 rubl ödəyiblər. Çəkiliş üçün 600 rubl, quruluş səhnələrinə görə isə 600 rubl maaş alıb.
“Buratinonun sərgüzəştləri” adlı iki hissəli musiqili film Leonid Neçayev tərəfindən 1975-ci ildə lentə alınıb. İosifov baş rolu oynayıb. İosifov deyib ki, film nümayiş olunduqdan sonra bir çox sinif yoldaşları olan oğlanlar ona nifrət etməyə başlayıb. Qızlar isə əksinə, onu çox sevirdilər. Sənətçi bunun uşaqlarda olan paxıllıqdan qaynaqlandığını düşünür.
D.İosifov bundan əvəlki müsahibəsində filmin çəkilişləri zamanı dava düşdüyünü deyib. Dava pişik Bazilio rolunun ifaçısı Rolan Bıkov dağdan aşağı sürüşməsi epizodunun çəkiliş zamanı baş verib. Aktyorda bu cəld etmək alınmırdı. O zaman Bıkov gizli şəkildə avtobusdan açdığı oturacaqdan istifadə edib.
Avtobus sürücüsü bunu biləndə Bıkova hücum edib və onu avtomobilə ziyan vurmaqda ittiham edib. Davaya çəkiliş qrupunun üzvləri müdaxilə edərək onları ayırıblar.
Azpost.info
