“Doing Business 2020” reytinqi açıqlandı –Azərbaycan 34-cü pillədə qərarlaşıb

Dünya Bankı “Doing Business 2020” reytinqini açıqlayıb. Azərbaycan sözügedən siyahıda 190 ölkə arasında 76,7 balla 34-cü yerdə qərarlaşıb.

APA-nın sözügedən reytinqə istinadən verdiyi məlumata görə, bununla yanaşı Azərbaycan reytinqdə “kreditlərin alınması” indikatoru üzrə 1-ci pillədə, “biznesə başlamaq” indikatoru üzrə 9-cu yerdə, “müqavilələrin icrası” indikatoru üzrə 28-ci yerdə, “tikintiyə icazənin alınması” indikatoru üzrə 59-cu yerdə, “beynəlxalq ticarət” indikatoru üzrə 83-cü yerdə, qərarlaşıb.

Qeyd edək ki, “Doing Business-2020” reytinqinin birinci pilləsinə Yeni Zelandiya layiq görülüb.

Xatırladaq ki, ötən il Azərbaycan sözügedən reytinqdə 25-ci pillədə yer almışdı.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir