Həcc ziyarəti üçün nəzərdə tutulan kvotanın 50 faizindən çoxu dolub.
Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.
O bildirib ki, bu il kvota, keçən ilki ilə müqayisədə, daha az nəzərdə tutulub.
Xatırladaq ki, həcc ziyarəti üçün ümumvətəndaş pasportu (ən azı 1 il vaxtı olmalıdır), şəxsiyyət vəsiqəsinin surəti, 5 sm × 5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda), sağlamlıq haqqında arayış tələb olunur.
Sənədlərin qəbulu iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılır.
Qeyd edək ki, bu il Həcc ziyarətinə sənəd qəbulu sentyabrın 24-ü başlayıb.