Dollar sürətlə ucuzlaşır

21 Noyabr 2019 - 11:37

Bu gün ABŞ-dan açıqlanacaq önəmli göstəricilər öncəsi dolların aparıcı valyutalara nisbətən qiymətlərində ucuzlaşma müşahidə edilir.

Azpost.info Fins.az-a istinadən xəbər verir ki, beynəlxalq valyuta birjalarında Amerikanın Çin ilə siyasi münasibətlərinə mənfi təsir edə biləcək qanun layihəsinin qəbul edilməsindən sonra dolların aparıcı valyutalara nisbətən qiymətlərinə qarşı təzyiqlər daha da artıb.

Beləliklə, EUR/USD məzənnəsi 1.11, GBP/USD məzənnəsi isə 1.29$-a ticarət edilməkdədir və sözügedən maliyyə aktivlərinin daha da bahalaşa biləcəyi proqnozlaşdırılır.

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 17:30-da yayımlanacaq ABŞ-ın sənaye sektoru ilə bağlı önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzində olacaqdır.