Donald Tramp:"ABŞ-da koronavirus nəzarət altındadır"

ABŞ-da koronavirusla bağlı vəziyyət getdikcə düzəlir.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Donald Tramp jurnalistlərə bildirib:

“Ölkəmizdə nəzarət altında olan koronavirusla bağlı sual verə bilərsiniz. Virusa yoluxanlarımızın sayı lap azdır. Gəmidən bir neçə nəfər amerikalını gətirmişik, bu da düzgündür, onlar karantindədirlər. Fikrimizcə, onlar tezliklə yaxşı formada olacaq. Məncə, vəziyyət bütövlükdə düzəlməyə başlayacaq, bunun üçün çoxlu səylər göstərilib, çoxlu istedadlar sərf olunub, bu işə 2,5 milyard ABŞ dolları yönəldirik”.

Fevralın 24-dək ABŞ-a gələnlər arasında 14 nəfərdə koronavirus aşakrlanıb, həmçinin “Diamond Prinsess” gəmisindən 36 nəfər, epidemiyanın yarandığı Uhan şəhərindən də üç nəfər ABŞ vətəndaşı yoluxmuş vəziyyətdə vətənə çatdırılaraq karantinə salınmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İranda koronavirusdan ölənlərin sayı 15-ə çatıb

Sonrakı məqalə

İranda məşhur aktrisa koronavirusa görə məsuliyyətə cəlb olunub