“Dostlarımdan on nəfərdən ikimiz qalmışıq” (VİDEO)

Baku TV paytaxtın Səbail rayonu, 20-ci Sahə yaşayış massivinin köhnə məhəllələrindən reportaj hazırlayıb.
Reportajda sakinlər yaşadıqları ərazi ilə bağlı təəssüratlarını bölüşüblər.
Şirəhməd Əfəndiyev bildirib ki, 75 ildir sözügedən yerdə yaşayır: “Burada doğulub böyümüşəm. Dostlarımdan on nəfərdən ikimiz qalmışıq. Ərazidə keçmişdən bu günə kimi çox dəyişikliklər baş verib. İndi burada stadion, yaxınlıqda çoxlu market var”.
Digər bir sakin Məhbubə Əhmədova isə qeyd edib: “1980-ci ildən bəri burada yaşayıram. Məhəlləmi sevirəm, amma şərait olmadığı üçün köçmək istəyirəm”.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.